İyul 2, 2026-11:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bəxtiyar Aslanbəyli: “BP Azərbaycanla əməkdaşlığını genişləndirəcək”

2025:09:25 - 14:25
in İQTİSADİYYAT
A A
Böyük Britaniyanın BP şirkəti Azərbaycandakı layihələr üzrə əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən Azərbaycan və Böyük Britaniya arasında birinci siyasi dialoqda bildirib.

“Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən birdir. 1992-ci il martın 11-də Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlər qurulub. O vaxtdan bəri iki ölkə arasında tərəfdaşlıq yalnız inkişaf edib və möhkəmlənib”, – o qeyd edib.

B. Aslanbəylinin sözlərinə görə, Böyük Britaniya investisiya, iqtisadi inkişaf və bilik mübadiləsi sahəsində Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir: “Bugünkü dialoq iki ölkənin əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı anlaşmanın gücləndirilməsinə sadiqliyini nümayiş etdirir”.

O vurğulayıb ki, BP Azərbaycan hökumətinin dəstəyi ilə dünya səviyyəsində irimiqyaslı enerji layihələri həyata keçirib. Bu layihələr Xəzər regionunun enerji simasını dəyişdirməklə yanaşı, həm də qonşu ölkələrin və bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib.

“Biz uğurlu əməkdaşlığın davam etməsini səbirsizliklə gözləyirik. Biz fəxr edirik ki, BP Azərbaycanda ölkənin enerji keçidi səylərinin dəstəklənməsinə yönəlmiş bir sıra mühüm sazişlər imzalayıb. Əsas nailiyyətlərdən biri “Şəfəq” GES-in tikintisi layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi olub. Layihənin azad olunmuş ərazilərdə – kommersiya və mühəndislik nöqteyi-nəzərindən unikal məkan olan Cəbrayıl rayonunda həyata keçirilməsi isə xüsusilə qürurvericidir. Stansiyanın gücü 240 MVt olacaq”, – o qeyd edib.

Əvvəlki Yazı

Sabah yağış yağacaq, güclü külək əsəcək

Növbəti Yazı

Tarixçi-alimin “Heydər Əliyev və Qarabağın inkişaf strategiyası” kitabı Almaniyada nəşr olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.