May 21, 2026-20:12
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bahar Muradova: Yeni standartlar, yeni şəhərlər yaratmaq lazımdır

Dünyada hər zaman evsiz-eşiksiz, qeyri-rəsmi məkanlarda, qeydiyyatı olmayan yerlərdə yaşayan insanlar var və bu, müharibələr, iqlim dəyişiklikləri nəticəsində, insanın özünün yanlışları və yaxud da bacarıqsızlığı ucbatından olur.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən WUF13-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna görə dövlətlər bütün bu məsələləri eyni halda masaya yatırmalı və hər birini qiymətləndirməli, atacaqları addımları planlamalıdırlar.

“​Bu planlama prosesində bu məsələlər hamısı nəzərdə tutulmalıdır. Bu gün və gələcəkdə gənclər, uşaqlar, insanlar, ehtiyacı olan insanlar, xüsusi qabiliyyəti olan və yaxud da xüsusi qüsurları olan insanlar şəhərlərdə, icmalarda, evlərdə, məktəblərdə, hər yerdə rahat ola bilsinlər. Bunun üçün də çoxlu iş görmək, çoxlu yeniliklər etmək lazımdır. Yeni standartlar yaratmaq, yeni şəhərlər yaratmaq və orada yaşayacaq insanların özünü yeni şüur səviyyəsinə, yeni davranış mədəniyyətinə sahibləndirmək üçün işlər qoymaq lazımdır.

Ona görə dövlətlərin, insanlığın və hər bir şəxsin üzərinə çox qədər böyük iş düşür”, – o vurğulayıb.