Avqust 15, 2026-3:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakıda Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimləri keçirilir

2025:10:22 - 13:00
in SİYASƏT
A A

İkitərəfli əməkdaşlıq planına əsasən, ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Tədbirdə Xüsusi Təyinatlı Qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkələrimizin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir.

Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdirəcəklər.

Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirəcək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübəsindən bəhrələnərək, tətbiq edilən forma və üsulları mənimsəyəcəklər.

Sonra təlim iştirakçıları üçün yaradılmış şəraitə baxış keçirilib.

Qeyd edək ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimində bölmələr döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Növbəti Yazı

Ayxan Hacızadə TDT-nin üzv və müşahidəçi ölkələrinin xarici diplomatları ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.