May 2, 2026-12:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakının Xətai rayonunda qəzalı su xətləri yenilənib

2026:02:23 - 16:20
in SOSİAL
A A
Bakının Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində və tullantı kollektorunda baş verən qəza ilə əlaqədar içməli su xəttinin yenisi ilə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri yekunlaşır.

Xidmətin müvafiq strukturları 500 millimetrlik çuğun xəttin 100 metrlik hissəsini polietilen boru ilə əvəzləyərək yerini dəyişdirib. Həmin xətdən qidalanan abonentlərin su təminatı bərpa edilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunur. Hazırda quraşdırma işləri davam etdirilir.

Rəşid Bağırov küçəsində yaşayan sakinlərin abonent birləşmələri bərpa olunur.

“İçməli su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb

Növbəti Yazı

Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb- RƏSMİ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.