APA xəbər verir ki, tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib.
Tədbirdə Baş prokuror Kamran Əliyev Ulu öndərin həyat və fəaliyyəti barədə çıxış edib. O, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev ölkədə aparılan hüquq islahatlarında Heydər Əliyevin rolu barədə danışıb. O, azad edilən ərazilərdə görülən işlər, bu çərçivədə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda prokurorluq orqanları üçün yaradılan şəraitə diqqət çəkib.
Tədbirdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin ölkənin dünyada artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Sonda şəhərsalma ilə bağlı videoçarx nümayiş olunub.
