İyun 8, 2026-4:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

2026:05:25 - 13:45
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Cahan Əhmədli “Birinci Türkoloji Qurultay Azərbaycan-Türkiyə elmi və mədəni münasibətləri kontekstində” mövzusunda məruzə edib. O, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Məruzədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni, ictimai-siyasi həyatında mühüm rol oynadığı qeyd edilib, bu mühüm hadisənin xalqlarımız arasındakı inteqrasiyada mühüm mərhələ olduğu vurğulanıb: “Bu tarixi qurultay XX əsrin əvvəllərində türk xalqları arasında milli oyanış prosesini gücləndirib, ortaq dil, tarix və mədəniyyət məsələlərinin elmi müstəvidə müzakirəsini zəruri edən mühüm bir platformaya çevrilib”.

Araşdırmada qurultayın Azərbaycan-Türkiyə elmi və mədəni münasibətlərinin inkişafına verdiyi töhfələr fakt və sənədlər əsasında diqqətə çatdırılıb, bu tarixi hadisənin ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti şərh olunub. İki ölkə arasındakı münasibətlərə dair sənəd-informasiya resurslarının təsnifatı aparılıb, mövzuya dair sənəd fondları və biblioqrafik resurslar tədqiq olunub. Məruzədə qurultayda müzakirə edilmiş məsələlər, qəbul edilmiş qərarlar təhlil edilib, ötən 100 il ərzində bu tarixi hadisəyə həsr olunmuş kitablar, məqalələr araşdırılıb. Ölkə kitabxanalarının fondlarında mövzuya dair ədəbiyyatın statistikası xronoloji dinamikada təqdim olunub.

Elmi seminar müzakirələrlə davam edib.

Əvvəlki Yazı

Bakıda “Hindistan və Azərbaycan arasında Mədəni Körpülər” adlı sərgi açıldı

Növbəti Yazı

İran ABŞ ilə dialoqun “hərəkət müqabilində hərəkət” prinsipi əsasında mümkün olduğunu bəyan edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.