İyun 25, 2026-23:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da elmi seminar: Quran dilinin özünəməxsus tərkibləri

2026:02:11 - 11:41
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Quran dilinin özünəməxsus tərkibləri” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda fakültənin Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov məruzə edib. Professor Nəsrulla Məmmədov məruzəsində “Qurani-Kərim”ə qədər və bu müqəddəs kitabın nazil olmasından sonrakı ərəb dilini müqayisəli təhlil edib, onların arasında leksik-morfoloji və qrammatik fərqləri müəyyənləşdirib. O, Quran dilinə xas konstruksiyaların təkrarsız olduğunu vurğulayıb, ərəb ədibləri və şairləri tərəfindən bu tip ifadə və tərkiblərin eynilə yaradılmasının mümkünsüz olduğunu bildirib. Bu baxımdan məruzəçi Quran dilinin ərəb dili daxilində xüsusi mövqeyə malik olduğunu qeyd edib, ərəbşünaslıq elmi çərçivəsində bu istiqamətdə araşdırmaların genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirilən fikirlər “Quran-Kərim”dən gətirilən ayələr əsasında əsaslandırılıb.

Seminarda çıxış edən Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə məruzənin elmi əhəmiyyətini yüksək qiymətləndirib, mövzunun aktuallığını vurğulayıblar.

Əvvəlki Yazı

Çin ümid edir ki, ABŞ yeni START müqaviləsini müzakirə etmək üçün Rusiya ilə dialoqu bərpa edəcək

Növbəti Yazı

Azərbaycanla ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.