İyun 28, 2026-10:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur

2026:03:10 - 14:13
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Zəfər” yatağının flüid daxilolmaları və geoloji-genetik modelinə dair elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminar 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub. Tədbirdə “Azerbaijan International Mining Company Limited” şirkətinin kəşfiyyat işləri üzrə baş geoloqu, Faydalı qazıntılar kafedrasının qiyabi doktorantı Cavid İbrahimov mövzu üzrə məruzə ilə çıxış edib.

Məruzəçi “Zəfər” yatağının geoloji quruluşu, struktur-tektonik xüsusiyyətləri və hidrotermal dəyişmə mərhələləri barədə məlumat verib. Bildirib ki, yataq Tetis metallogenik qurşağı daxilində formalaşıb və onun təşəkkülü regional geodinamik proseslərlə sıx bağlıdır.

Qeyd olunub ki, flüid daxilolmalarının mikrotermometrik tədqiqatları nəticəsində homogenləşmə temperatur intervalları və məhlulların duzluluq göstəriciləri müəyyən edilib. Əldə olunan parametrlər əsasında filizəmələgəlmə prosesinin fiziki-kimyəvi modeli qurulub. Aparılan tədqiqatların nəticələri “Zəfər” yatağının orta sulfidli epitermal tipə aid olduğunu göstərir. Eyni zamanda, dərin horizontlarda porfir tipli filizləşmə sisteminin mövcudluğu ehtimalı elmi əsaslarla irəli sürülüb.

Seminarda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Bildirilib ki, təqdim olunan nəticələr regionun porfir-epitermal sistemlərinin genezisi və metallogenik inkişaf perspektivlərinin öyrənilməsi baxımından mühüm elmi və praktik əhəmiyyətə malikdir.

Əvvəlki Yazı

Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır

Növbəti Yazı

Yel çərşənbəsi: yaradıcı və dağıdıcı gücün mifoloji vəhdəti

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.