Avqust 17, 2026-16:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU ilə Malayziya İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

2025:11:05 - 11:20
in SOSİAL
A A

Noyabrın 5-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Bakı Dövlət Universiteti (BDU) və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti (Asia Pacific University of Technology & Innovation – APU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

BDU-nun rektoru Elçin Babayev və APU-nun prorektoru Ho Chin Kuan tərəfindən imzalanan sənəd universitetlər arasında elmi-tədqiqat, tədris, innovasiya, rəqəmsal transformasiya və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, ikili diplom proqramlarının hazırlanması, eləcə də birgə beynəlxalq seminar və konfransların keçirilməsi planlaşdırılır.

Tərəflər, həmçinin süni intellekt, kibertəhlükəsizlik, mühəndislik və informasiya texnologiyaları kimi prioritet sahələrdə birgə layihələrin icrasına maraq göstərdiklərini ifadə ediblər.

Bu əməkdaşlıq Bakı Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq coğrafiyasını Cənub-Şərqi Asiya regionu istiqamətində daha da genişləndirərək, innovasiya yönümlü akademik əməkdaşlığın inkişafına yeni imkanlar açacaq.

Əvvəlki Yazı

Milli Məclis Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar xarici parlamentlərə və beynəlxalq qurumlara Bəyanat göndərib

Növbəti Yazı

KTMT-nin baş katibi bəyan edib ki, atom elektrik stansiyalarında ciddi insidentlər riski eksponent olaraq artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.