16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Tariel Abbasov vəfat edib.

Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.

Tariel Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.

Tariel Abbasov əmək fəaliyyətinə Bakının Yasamal rayonunun 20 saylı orta məktəbində tarix müəllimi kimi başlayıb. 1992-ci ildə Qərb Universitetinin hazırlıq fakültəsində, daha sonra Politologiya kafedrasında baş müəllim, İşgüzar inzibatçılıq fakültəsində dekan müavini işləyib. 1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunub, 2009-cu ildə ehtiyata buraxılıb.