İyul 2, 2026-7:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun iki tələbəsi “AzerGold” təqaüd proqramının qalibi olub

2026:02:19 - 12:58
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Nərmin Əsədullayeva və Bəxtiyar Qənbərli “AzerGold” QSC tərəfindən ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün elan edilmiş 5-ci təqaüd proqramının qalibi olublar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu uğur tələbələrin yüksək akademik göstəricilərinin, ixtisas biliklərinin və peşəkar inkişaf potensiallarının qiymətləndirilməsi nəticəsində əldə olunub.“AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən ali və peşə təhsili istiqamətləri üzrə həyata keçirilən təqaüd proqramı sosial məsuliyyət və insan kapitalının inkişafı siyasətinin mühüm tərkib hissəsidir. Proqram çərçivəsində bu günədək ali təhsil səviyyələri üzrə 28, peşə təhsili müəssisələrində isə 35 tələbə təqaüdə layiq görülüb. 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrindən geologiya, dağ-mədən mühəndisliyi, ekologiya, metallurgiya ixtisasları üzrə təhsil alan 9, peşə təhsili müəssisələrindən isə 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Müsabiqənin nəticələrinə əsasən, qaliblərin hər biri təltifnamə ilə yanaşı, 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Təqaüd proqramının əsas məqsədi geologiya və dağ-mədən sahələri üzrə ixtisaslaşan gənc mütəxəssislərin maddi dəstəklənməsi, onların peşə bacarıqlarının inkişaf etdirilməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir.

Proqram çərçivəsində iştirakçılara “AzerGold” QSC-də təcrübə proqramlarında iştirak imkanı yaradılacaq. Məzun olduqdan sonra onların uyğun vakansiyalar üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

Sabah hava yağıntılı olacaq, güclü külək əsəcək

Növbəti Yazı

Kino Agentliyinin baş direktoru: İl ərzində 7-8 tammetrajlı filmin istehsalını hədəf kimi təyin etmişik 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.