Belarus və Rusiyanın Müdafiə nazirlikləri hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər. Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəisi və Belarus Müdafiə Nazirinin Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko Moskvada Rusiya Federasiyası Müdafiə nazirinin müavini Vasili Osmakovla görüşüb. “Tərəflər hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini, eləcə də 2 apreldə Moskvada keçiriləcək MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında Belarus və Rusiya müdafiə nazirlərinin qarşıdan gələn görüşünün məzmununu müzakirə ediblər”, – Telegram kanalı bildirib.
Nazirlikdən qeyd edildiyi kimi, iclasın yekununda bütün aktual məsələlərin tez bir zamanda həllindən məmnunluq ifadə edilib. (Tass)
