Belarus və Rusiya Regionlarının 13-cü Forumu 2026-cı ilin iyun ayında Minskdə və Minsk vilayətində keçiriləcək. Bu barədə Belarus Respublikası Milli Məclisinin Respublika Şurası (parlamentin yuxarı palatası) tərəfindən elan edilib.
Telegram kanalının məlumatına görə, “Bu il Belarus və Rusiya Regionlarının Forumu, eləcə də ənənəvi sərgi və yarmarka 25 və 26 iyun tarixlərində Minskdə və Minsk vilayətində keçiriləcək. On tematik bölmə seçilib” .
26-27 iyun 2025-ci il tarixlərində Nijni Novqorodda Belarus və Rusiya Regionlarının XII Forumu keçirildi. (Tass)
