ABŞ Çinin nadir torpaq elementlərinin tədarükü və Amerika kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı öhdəliklərini yerinə yetirəcəyini gözləyir. Bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent Çin Baş Nazirinin müavini He Lifenq ilə telefon danışığından sonra bildirib.
O, X-də yazıb: “Müzakirəmiz zamanı vurğuladım ki, Pekinin nadir torpaq elementləri və Amerika kənd təsərrüfatı məhsulları üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcəyini gözləyirik”. ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin də söhbətdə iştirak edib.
Bessent bildirib ki, “Biz həmçinin ABŞ və Çin arasında daha balanslı, bərabər və konstruktiv iqtisadi münasibətlərə doğru konkret irəliləyişi təmin etmək üçün bir mexanizm kimi Ticarət və İnvestisiya Şuralarının yaradılmasındakı irəliləyişi müzakirə etdik”. (Tass)
