ABŞ Maliyyə Naziri Scott Bessent bəyan edib ki, ABŞ-ın Rusiyaya qarşı yeni iqtisadi məhdudiyyətləri ikinci dərəcəli tariflər deyil, sanksiyalar olacaq.
“Bunlar ikinci dərəcəli tariflər deyil, sanksiyalardır”, – o, “Fox Business”a müsahibəsində deyib.
ABŞ Maliyyə Nazirliyinin rəhbəri qarşıdan gələn anti-Rusiya məhdudiyyətlərinin təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin bəyan edib ki, yeni iqtisadi məhdudiyyətlər ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi “ən böyük sanksiyalardan biri olacaq”. (Tass)
