Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın Malayziya Hava Yollarının MH17 reysi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qərarı ilə əlaqədar Avstraliya və Hollandiyaya qarşı iddia qaldırdığını təsdiqləyib.
“Sentyabrın 18-də Rusiya Avstraliya və Hollandiyaya qarşı prosesə başlayıb. Bəyanatda bunun ICAO Şurasının qərarından apellyasiya olduğu göstərilib”, – qurumun məlumatında deyilir.
