Psixoloqların fikrinə görə, bizim beynimizdə “axtaran it” mövcuddur.
Siz itə hər hansı bir əşya verirsiniz, o əşyanı iyləyir və əşyanın sahibini axtarmağa başlayır. Əslində bu beyindəki daimi aktiv funksiyadır və sahibindən komanda gözləyir. Komanda alarsa, möcüzəvi şəkildə axtarışa başlayır. Və əlbəttə, tapır. Çünki düzgün fokuslanır. Beləliklə, qayda budur: “Fikirlərin hardadırsa, özün də oradasan”.
Beyinə düzgün komanda vermək lazımdır. Çünki beyin hərfi olaraq fokuslandığı üçün sözü qəlibləşdirir. Məsələn deməyin ki, borcdan qurtarmaq istəyirsiniz. Deyin ki, çoxlu gəlir əldə etmək istəyirsiniz.