Aprel 25, 2026-19:49
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Binəqədinin bir hissəsində qaz olmayacaq

Bu gün Binəqədi rayonunun bəzi hissələrinin qaz təchizatında fasilə olacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.