Avqust 19, 2026-5:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

2026:02:18 - 12:47
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında olub.

Bu barədə AZƏRTAC-a akademiyadan məlmat verilib.

Yubiley çərçivəsində tədbirlərin mərhələli şəkildə təşkilinin nəzərdə tutulduğunu deyən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qurultayın ilk böyük tədbirinin fevralın 27-də keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. O, tədbirin “Birinci Türkoloji Qurultayın qurucuları və ənənələri: tarix və müasirlik” mövzusuna həsr olunan xatirə tədbiri formatında təşkil ediləcəyini bildirib. Qeyd edib ki, bu tədbirdə Birinci Türkoloji Qurultayın təşəbbüskarlarının, aparıcı simalarının və elmi ideyalarının xatırlanması, Qurultayın formalaşdırdığı elmi-mənəvi ənənələrin müasir dövrdə davamı məsələlərinin müzakirəsi əsas məqsəd kimi müəyyən edilib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, xatirə tədbiri çərçivəsində Birinci Türkoloji Qurultayın elmi irsinə və müasir türkoloji proseslərə həsr olunmuş geniş tərkibli elmi müzakirələrin və panel iclaslarının keçirilməsi nəzərdə tutulub.

“Hazırlıq prosesində beynəlxalq elmi əməkdaşlığa xüsusi önəm verilib. Tədbirlərdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Rusiya Federasiyasının türk xalqları yaşayan regionları, eləcə də digər ölkələrdən olmaqla, Türk dünyasını təmsil edən 50-yə yaxın nüfuzlu alim və elm xadiminin iştirakı planlaşdırılır. Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Xəzər Universiteti isə əsas tərəfdaş təşkilatçılar kimi iştirak edirlər. Bu qurumlarla əməkdaşlıq çərçivəsində elmi proqramın hazırlanması, məruzəçilərin və panel iştirakçılarının müəyyənləşdirilməsi, beynəlxalq tərəfdaşlarla koordinasiyanın təmin edilməsi, eləcə də tədbirlərin təşkilati və mədəni proqramının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərilir”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Eyni zamanda AMEA-nın elmi bölmələri və institutları tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi konfransların, dəyirmi masaların və müzakirələrin təşkili, xüsusi nəşrlərin hazırlanması, Qurultayın stenoqramının və arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, yubiley tədbirləri ilə bağlı materialların mediada işıqlandırılması istiqamətində sistemli iş aparılır. Bu çərçivədə Birinci Türkoloji Qurultayın ideyalarının müasir Türk dünyası kontekstində elmi təhlili, ümumtürk dəyərləri və ortaq elmi yaddaşın formalaşdırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.

Əvvəlki Yazı

Elm və Təhsil Nazirliyi ilə ICESCO arasında gələcək inkişaf perspektivləri müzakirə olunub

Növbəti Yazı

bp Bakı Dövlət Universiteti üçün yeni rəqəmsal kitabxana istifadəyə verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.