Aprel 28, 2026-16:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Birinci Türkoloji Qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsiri – dəyirmi masa

2026:04:28 - 14:45
in GÜNDƏM
A A

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Birinci Türkoloji Qurultayda qəbul olunmuş qərarlar kontekstində Türk dünyasında daxili inteqrasiya proseslərinə baxış” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin 2025-ci il 22 oktyabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Çünki müasir dövrdə türk xalqlarının mədəni və elmi inteqrasiyası, ortaq dəyərlər üzərində əməkdaşlıq ideyası məhz həmin qurultayda qoyulmuş elmi əsaslara söykənir.

Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarova Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyasında, milli-mənəvi birliyinin formalaşmasında böyük əhəmiyyətə malik tarixi hadisə olduğunu qeyd edib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, qurultay türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında və Azərbaycanın Türk dünyasının elm-mədəniyyət mərkəzi kimi qəbul olunmasında mühüm rol oynayıb, orada qaldırılan problemlərin türk xalqlarının sonrakı mədəni həyatına böyük təsiri olub.

Kafedranın professoru İsmayıl Məmmədov bildirib ki, qurultayda 131 nümayəndə iştirak edib, 7 əsas problem müzakirə olunub, 17 iclas keçirilib, Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə dinlənilib və 75 bənddən ibarət 10 qətnamə qəbul edilib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin müdiri, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədri tarix elmləri doktoru Güllü Yoloğlu, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, böyük elmi işçi Nazim Mustafa, aparıcı elmi işçi Elmar Məhərrəmov, Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri Hacı Həsənov, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Arif Məmmədov çıxışlarında Türkoloji Qurultayın iclasları, qəbul olunmuş qərarlar, əlifba məsələsi, o cümlədən rus dilinin latınlaşdırılması təşəbbüsləri barədə məruzələrlə çıxış ediblər. Vurğulanıb ki, Türkoloji Qurultay Türk dünyasında ortaq elmi yanaşmaların formalaşması, dil, mədəniyyət və tarix sahəsində vahid konseptual baxışın inkişafı baxımından mühüm mərhələ təşkil edib. Qeyd olunub ki, qurultayda qəbul edilmiş qərarlar müasir dövrdə də Türk dünyasında daxili inteqrasiya proseslərinə ideya və istiqamət verməkdə davam edir.

Əvvəlki Yazı

“Dövlət xidmətləri haqqında” qanuna edilən dəyişikliklər təsdiq olundu

Növbəti Yazı

Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı saziş təsdiq edildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.