ABŞ-ın İranda uzunmüddətli hərbi əməliyyatı Vaşinqtonu həssas və əlverişsiz vəziyyətə sala bilər. Bu barədə ABŞ-ın keçmiş dövlət katibi (2021-2025) Entoni Blinken Bloomberg podkastında bildirib.
“Uzunmüddətli hərbi əməliyyat halında arsenalımızı o qədər tükəndirəcəyik və onu doldurmaq üçün uzun müddət lazım olacaq ki, bu, məsələn, Çin və ya Rusiya ilə bağlı bizi əlverişsiz vəziyyətə salacaq”, – deyə o bildirib.
Blinken X-də bildirib ki, “Prezident ABŞ Donald Trampın İrana qarşı müharibəsində üç şey çatışmır: təcili təhdid, Amerika xalqı üçün əsaslandırılmış bir iddia və aydın bir məqsəd”. (Tass )
