Ərəb ölkələri Yaxın Şərq münaqişəsi səbəbindən təxminən 200 milyard dollar itirə bilər ki, bu da regionda iqtisadi artıma ciddi zərbə vuracaq. Bu barədə Bloomberg agentliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) hesabatına istinadən məlumat yayıb.
Ekspertlər hesab edirlər ki, “Yaxın Şərqdə qısamüddətli hərbi eskalasiya bütün ərəb dövlətləri üçün dərin və geniş yayılmış sosial-iqtisadi nəticələrə səbəb ola bilər”. Onların hesablamalarına görə, regionda işsizlik dörd faiz bəndi qədər arta bilər ki, bu da təxminən 3,6 milyon iş yerinin itirilməsinə və təxminən 4 milyon insanın yoxsulluğa sürüklənməsinə səbəb ola bilər.
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri – Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı – hesablamalarına görə, ÜDM-lərinin 5,2%-dən çoxunu itirəcəklər.
