ABŞ prezidenti Donald Tramp AB ilə anti-Rusiya sanksiyalarını müzakirə edərkən, tədbir olaraq tariflərə üstünlük verdiyini bəyan edib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, G7 rəsmiləri hazırda təkliflər paketi üzərində işləyirlər və yaxın iki həftə ərzində bu təklifləri yekunlaşdırmağı planlaşdırırlar. Agentlik həmçinin bildirir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketini sentyabrın 19-da üzv dövlətlərə təqdim etməyi planlaşdırır.(Tass)
