Diplomatlar və diplomatik obyektlər hücum hədəfi olmamalıdır. Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik TASS-ın Beyrutda dörd iranlı diplomatın ölümü ilə bağlı şərh istəyinə cavab olaraq jurnalistlərə bildirib.
“Qeyd edirik ki, diplomatlar və diplomatik obyektlər heç vaxt hücumların hədəfi olmamalıdır”, – deyə o bildirib.
