BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın dünya qurumunun bəzi strukturlarından çıxmaq qərarından təəssüfləndiyini bildirib. Bu barədə baş katibin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.
“Baş katib Ağ Evin ABŞ-ın bir sıra BMT strukturlarından çıxmaq qərarı ilə bağlı açıqlamasından təəssüflənir”, – deyə Dujarrik bildirib. “Dəfələrlə vurğuladığımız kimi, Baş Assambleya tərəfindən təsdiq edilmiş BMT-nin müntəzəm və sülhməramlı büdcələrinə töhfələr BMT Nizamnaməsinə uyğun olaraq, ABŞ da daxil olmaqla, bütün üzv dövlətlər üçün məcburidir”.
Dünya təşkilatının rəhbərinin nümayəndəsi bütün BMT strukturlarının işlərini davam etdirəcəyini bildirib. (Tass )
