Birləşmiş Millətlər Təşkilatı Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisinə hücumları nəticəsində mülki əhali arasında itkilərin artması ilə bağlı xəbərlərdən narahatdır. Bunu BMT baş katibinin köməkçisi Miroslav Yença Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
“Biz Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisinə hücumları nəticəsində mülki əhali arasında itkilərin sayının artmasından narahatıq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı Rusiya Federasiyasında baş verən insidentlərlə bağlı bu xəbərləri, o cümlədən mülki əhalinin itkiləri ilə bağlı hər hansı məlumatı təsdiq edə bilmir”, – o deyib.
Yençanın çıxış etdiyi Təhlükəsizlik Şurasının iclası bir sıra Avropa ölkələrinin xahişi ilə çağırılıb.(Tass)
