ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının Amerika ərazisi elan edilməsi ehtimalı ilə bağlı açıqlamasından sonra BMT bütün tərəfləri beynəlxalq hüquqa və beynəlxalq gəmiçilik hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Bu barədə TASS-a BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Amerika liderinin açıqlamaları ilə bağlı şərh istəyinə cavab olaraq bildirib.
Dujarrik bildirib ki, “Hörmüz boğazı və ətrafında beynəlxalq naviqasiya hüquq və azadlıqlarının tam bərpası çağırışımızı bir daha təkrarlayırıq. Naviqasiya hüquq və azadlıqlarına bütün tərəflər beynəlxalq hüquqa uyğun olaraq hörmət etməlidirlər”. (Tass)
