Avqust 17, 2026-14:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

BMTM-də “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa keçirilib

2025:11:05 - 14:40
in SİYASƏT
A A

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa və bu mövzu ilə əlaqədar elan olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report” xəbər verir ki, dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, qurumun şöbə müdiri Vasif Hüseynov, Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Orxan Vəliyev və digərləri çıxış ediblər.

F.Şəfiyev Azərbaycanın xarici siyasətinin əsas prioritetləri və beynəlxalq gündəmin aktual məsələləri barədə məlumatlılığın artırılmasının vacibliyinə diqqət çəkib:

“Bu istiqamətdə mərkəzin həyata keçirdiyi konkret fəaliyyətlər var. BMTM-də gənc ekspertlər üçün mütəmadi olaraq təcrübə proqramları təşkil edilir, xarici ölkələrdən də bu istiqamətdə müraciətlər daxil olur”.

BMTM-in şöbə müdiri Vasif Hüseynov “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan edilən müsabiqəyə böyük marağın olduğunu vurğulayaraq bu təşəbbüsü gənc tədqiqatçıların aktual mövzular üzrə siyasi tövsiyələr irəli sürməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Orxan Vəliyev müasir dövrdə suverenlik anlayışının məzmununa toxunub: “Milli suverenlik anlayışı artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda süni intellekt və texnoloji sahələrdə də öz əksini tapır”.

Daha sonra tədbir çərçivəsində BMTM tərəfindən cari ilin avqust ayında “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqə qalibləri Nuray Süleymanova “Azərbaycan–Ermənistan sülh prosesi: cari çağırışlar və perspektivlər”, Süleyman Zeynallı “Mnemonik Konstitusiya: Azərbaycanda suverenlik və kollektiv yaddaş” və Rahil Dadaşlı “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi dinamikanın təkamülü: Ermənistan və Azərbaycanın xarici siyasətinin yenidən istiqamətləndirilməsi” mövzularında təqdimatlarla çıxış ediblər.

Əvvəlki Yazı

Türk Tarix Qurumunun direktoru: AMEA ilə əməkdaşlığımız Türk dünyasının elmi birliyinə mühüm töhfə verir

Növbəti Yazı

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.