İyun 1, 2026-4:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU-da tədrisə cəlb olunan türkiyəli alimlərlə görüş keçirilib

2025:12:01 - 16:56
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin rektoru (BMU) Yaqub Piriyev Azərbaycanda səfərdə olan Türkiyənin İstanbul Cerrahpaşa Universitetinin professorları Aysel Ersoy, Rüya Şamlı və Düzce Universitetinin dosenti Serdar Biroğul ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib.

Qardaş Türkiyə ilə əməkdaşlığı daha da gücləndirməyin BMU üçün böyük önəm daşıdığını bildirən rektor bu istiqamətdə aparılan işlərə diqqət çəkib. Eyni zamanda, mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2016-cı ildə yaradılmış BMU-da son illər görülən işlər barədə qonaqlara məlumat verib. SABAH proqramı qruplarında əsas ixtisas fənlərinin tədrisinə cəlb olunan türkiyəli alimlərə səmərəli fəaliyyətlərinə görə minnətdarlığını bildirən rektor vurğulayıb ki, master-klasların təşkili, xarici mütəxəssislərin tədrisə qoşulması, laboratoriya dərsləri keçməsi universitetdə formalaşmış uğurlu beynəlxalq əməkdaşlıq ənənəsinin tərkib hissəsidir və tələbələrin bilik, bacarıqlarının artırılmasına mühüm töhfə verir. Bu kimi akademik əməkdaşlıqların, habelə müəllimlərin peşəkar inkişafını sürətləndirdiyini, tədris mühitinin daha da beynəlmiləlləşməsinə şərait yaratdığını deyən Yaqub Piriyev başlanan əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.

Sonra türkiyəli alimlər ilk dəfə Bakıda olduqlarını deyərək, ölkəmiz haqqında xoş təəssüratlarını, həmçinin BMU-da yaradılan yüksək tədris mühiti, infrastrukturu və tələbələrlə aparılan dərslər barədə fikirlərini bölüşüblər. Eyni zamanda, BMU ilə əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə gələcək tərəfdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

Əvvəlki Yazı

Qrant ayrılmış özəl bağçalara qeydiyyat başlayıb

Növbəti Yazı

ADNSU və UFAZ tələbələri üçün “Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.