Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi cədvəlini müəyyən edib. Prezident və vitse-prezident seçkiləri oktyabrın 25-də keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının açıqlamasında qeyd olunur ki, partiyalar, koalisiyalar və təşəbbüs komitələri Bolqarıstanda keçiriləcək prezident və vitse-prezident seçkilərində namizədlərini 22 sentyabra qədər qeydiyyatdan keçirə bilərlər. 23 sentyabrda Mərkəzi Seçki Komissiyası namizədlərin seçki bülletenindəki mövqelərini müəyyən etmək üçün püşkatma keçirəcək.
Rəsmi seçki kampaniyası ölkədə 25 sentyabrda başlayacaq və 24 oktyabr gecə yarısında başa çatacaq. (Tass)
