Qətər İsrail və HƏMAS arasındakı danışıqlara kömək etməyə çalışsa da, “buna ümid çox az idi”. Bunu jurnalistlərə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Dohanın vasitəçilikdən imtina etməsi ilə bağlı TASS-ın sualını cavablandırarkən deyib.
“Görünür, onlar anlayışlı, bilikli insanlardır, əvvəlcə kömək etməyə çalışsalar da, müəyyən məyusluq hiss olunur”, – deyə nazir müavini bildirib.
Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Qətər rəhbərliyi daha əvvəl münaqişə tərəflərinin istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəs əldə etmək üçün vasitəçilik səylərini dayandırmaq qərarına gəlib. (Tass)