Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Departament izah edib ki, Londonun bu addımı ötən ay Moskvanın FSB əməkdaşları tərəfindən kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş Britaniya diplomatını ölkədən çıxarmaq qərarı ilə bağlıdır. Britaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, “Bununla əlaqədar olaraq, Rusiya səfirini [Andrey Kelini] çağıraraq ona qarşı həyata keçirdiyimiz cavab tədbiri – rusiyalı diplomatın akkreditasiyasını ləğv etmək barədə məlumat verdik”. Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, “Rusiyanın bundan sonrakı hər hansı hərəkəti eskalasiya kimi qiymətləndiriləcək” və cavab verəcəyinə söz verib. (Tass)
