İyun 30, 2026-14:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

BTQ Qərbi azərbaycanlıların qayıdış hüququnun təmini üçün beynəlxalq platformalarda fəaliyyətini genişləndirir

2026:06:29 - 13:13
in SİYASƏT
A A
Bakı Təşəbbüs Qrupu (BTQ) müasir Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun beynəlxalq platformalarda daha geniş şəkildə gündəmə gətirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

“Report” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov “Baku TV”yə müsahibəsində deyib.

O bildirib ki, təşkilat bu məsələni BMT-nin aidiyyəti qurumları, İnsan Hüquqları Şurası, müxtəlif beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları çərçivəsində beynəlxalq siyasi gündəmə çıxarmağı qarşıya məqsəd qoyub:

“BTQ son üç ildə 40-dan çox beynəlxalq konfrans təşkil edib, 55-dən artıq hesabat dərc edib, həmçinin BMT-nin aidiyyəti qurumlarına 20-yə yaxın alternativ hesabat təqdim edib. Bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə daxil etməklə tarixi ədalətin bərpasına nail olmaq istəyirik”.

A.Abbasovun sözlərinə görə, bu fəaliyyətlərin nəticələri ölkə qanunvericiliyində aparılan dəyişikliklərdə də öz əksini tapır.

“Hazırkı əsas məqsədimiz müxtəlif beynəlxalq platformalarda və müxtəlif vaxtlarda müasir Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların geriqayıdış hüququnun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır”, – deyə BTQ-nin icraçı direktoru vurğulayıb.

O qeyd edib ki, selektiv və ikili standartlar nümayiş etdirən dairələrə qarşı beynəlxalq platformalarda da ardıcıl fəaliyyət göstərmək vacibdir:

“ABŞ Konqresində təşkil etdiyimiz tədbirlə bunun mümkün olduğunu göstərdik. Eyni yanaşmanı digər beynəlxalq platformalarda da tətbiq etmək lazımdır”.

Əvvəlki Yazı

KTMT-nin baş katibi Tacikistan-Əfqanıstan sərhədinin bəzi hissələrinə baş çəkib

Növbəti Yazı

Estoniya Xarici İşlər Nazirliyi: Ölkə öz ərazisində Ukrayna pilotsuz təyyarələrinin qəzalarına dözməyə hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.