Avqust 19, 2026-17:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

2026:08:19 - 12:37
in İQTİSADİYYAT
A A

bp “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi bildirir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Mərkəzi Azəri” platformasında bu gündən (19 avqust) başlayaraq 11 gün müddətində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.

bp-dən AZƏRTAC-a bildirilib ki, proqramda nəzərdə tutulmuş işlər aparılarkən platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq.

“Çünki hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir. “Azəri” sahəsindəki qurğuların həm layihələndirilməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edilmiş olduğundan həmin müddət ərzində “Şərqi Azəri” və “Qərbi Azəri” platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq. Bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir”, – deyə bp-nin məlumatında bildirilir.

Proqram, həmçinin “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsinin icrasına aid bəzi işləri də əhatə edəcək. Bu işlərə qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması daxildir.

“Mərkəzi Azəri”də aparılacaq profilaktik işlər proqramı normal əməliyyatların bir hissəsidir və planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2025-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Hasilatın müvəqqəti azaldılması da bu ilin hasilat planında nəzərdə tutulub.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat və Səngəçal terminalında əməliyyatlar normal davam edəcək.

Profilaktik xidmət, təmir və modifikasiya işlərindən ibarət olan bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir.

Əvvəlki Yazı

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

Növbəti Yazı

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.