Bu ilin yanvar-iyul ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində muxtar respublika üzrə istehlakçılara 1,2 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 5,3 milyon manata yaxın olub.
