Zəngilan şəhər məscidində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki məsciddə müqəddəs Ramazan bayramı münasibətilə bayram namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında hər iki məsciddə azan səsləndirilib, möminlər ibadət ocaqlarına toplaşaraq bayram namazını birlikdə icra ediblər.
Namazdan sonra dualar oxunub, Uca Allahdan ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulanıb. Eyni zamanda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Bayram namazında iştirak edən sakinlər bir-birini Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını bölüşüblər.
Qeyd edək ki, Ramazan bayramı respublikanın digər bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də yüksək ruh yüksəkliyi ilə qeyd olunur.
