İyun 9, 2026-0:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Cəlil Xəlilov: Vətən müharibəsi Ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi

2026:01:12 - 15:29
in SİYASƏT
A A

44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı ilə yanaşı, həm də onun humanizmini nümayiş etdirdi.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu barədə AZƏRTAC-a verdiyi açıqlamada bildirib.

Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu bir sıra üstün keyfiyyətlər nümayiş etdirib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi zamanı hətta dünyanın ən güclü ordularında heyrət doğuran misilsiz qəhrəmanlıqlar, qeyri-adi döyüşkənlik bacarığı göstərdi. Buna uzun illər “keçilməz sədd” adlandırılan və möhkəmləndirilmiş bunkerlərin dağıdılması, Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının böyük sürətlə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu sübut etdi. Bununla yanaşı, müharibə həm də onu sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Azərbaycan Ordusu müharibənin davam etdiyi günlərdə bir nəfər də olsun mülki ermənini hədəfə almadı”.

Cəlil Xəlilov yeni ilin ilk günlərində dövlətimizin başçısının yerli telekanallara verdiyi müsahibədə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdiyini vurğulayaraq deyib: “Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə, sülhə xidmət etdiyini göstərir. Həmin fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan lazımi nəticələr çıxarmalıdır”.

 

 

 

 

Əvvəlki Yazı

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib  

Növbəti Yazı

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.