İyun 17, 2026-22:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və Türk dünyasının inteqrasiyası regional rifah üçün geniş perspektivlər açır

2026:06:17 - 16:30
in SİYASƏT
A A

Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və prinsipial siyasət nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb. Region artıq müharibə gündəmindən əməkdaşlıq və inkişaf gündəminə keçid mərhələsini yaşayır. ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması bu baxımdan tarixi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə görə, həmin sənədlər yalnız iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət etmir, eyni zamanda, regionun iqtisadi inteqrasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi və qarşılıqlı etimad mühitinin formalaşması üçün mühüm hüquqi-siyasi zəmin yaradır: “Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanıb. Bu gün ölkəmiz qalib dövlət məsuliyyəti nümayiş etdirərək regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasına yönəlmiş təşəbbüslərlə çıxış edir. Sülh müqaviləsinin reallaşması Cənubi Qafqazı uzun illər davam edən qarşıdurma məkanından əməkdaşlıq və tərəqqi məkanına çevirə bilər. Bu isə bütövlükdə Avrasiya məkanının iqtisadi və siyasi sabitliyinə mühüm töhfə verəcək”.

Birliyin sədri vurğulayıb ki, digər önəmli məqam Türk dünyasının yüksələn geosiyasi çəkisi ilə bağlıdır: “Son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, ortaq iqtisadi, nəqliyyat, enerji, təhsil və digər humanitar layihələrin həyata keçirilməsi türk dövlətləri arasında strateji həmrəyliyi daha da gücləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, xüsusilə Türk dünyasının birliyinə yönəlmiş fəaliyyət xətti bu inteqrasiyanın mühüm hərəkətverici qüvvələrindəndir. Bu gün Türk dünyası ortaq tarix, dil və mədəniyyət birliyi ilə yanaşı, ortaq maraqlar əsasında formalaşan güclü siyasi və iqtisadi platforma kimi çıxış edir. Türk dövlətlərinin zəngin enerji ehtiyatları, mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməsi, böyük insan resursları və artan iqtisadi potensialı onları beynəlxalq münasibətlər sistemində təsirli aktorlardan birinə çevirir”.

O qeyd edib ki, xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər hövzəsindən Avropaya uzanan enerji və logistik marşrutların genişlənməsi Türk dünyasının strateji əhəmiyyətini daha da artırır. “Sülh, hüquq və iqtisadi əməkdaşlıq bir-biri ilə sıx bağlı anlayışlardır. Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və Türk dünyasının inteqrasiyasının dərinləşməsi yeni investisiya imkanları, biznes mühitinin inkişafı, insan kapitalının gücləndirilməsi və regional rifah üçün geniş perspektivlər açır. Azərbaycan bu proseslərin mərkəzində yer alaraq həm regionun təhlükəsizlik arxitekturasının formalaşmasına, həm də Türk dünyasının qlobal nüfuzunun artmasına mühüm töhfələr verməyə davam edir”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycan qlobal siyasi proseslərin aparıcı qüvvəsidir

Növbəti Yazı

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.