Cənubi Sudan prezidenti Salva Kiir 28-29 oktyabr tarixlərində Moskvada keçiriləcək üçüncü Rusiya-Afrika sammitində iştirakını təsdiqləyib. Bu barədə Rusiyanın respublikadakı səfirliyi özünün Telegram kanalında məlumat verib.
Diplomatik missiyanın məlumatına görə, Cənubi Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ceyms Pitiya Morqan Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Qusevlə görüşündə Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış yazılı təsdiq məktubunu təqdim edib.
Tərəflər həmçinin sammitə hazırlıq və Rusiya-Cənubi Sudan münasibətlərinin inkişafı məsələlərini müzakirə ediblər. Xüsusilə humanitar, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlığa, eləcə də ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə diqqət yetirilib. (Tass)
