16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Cari ildə 174 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2026-cı ilin yanvar-iyun ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 173 min 738 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 32.940-ı (19%) ilkin, 140.798-i (81%) isə təkrar qeydiyyatın payına düşür.

Cari ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 37.345, mənzil – 44.139, torpaq sahəsi – 85.454, qeyri-yaşayış binası – 1.592, qeyri-yaşayış sahəsi – 4.840, əmlak kompleksi – 314 və çoxmərtəbəli yaşayış binaları üzərində – 54 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 50.124-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Hesabat dövründə daşınmaz əmlak obyektləri üzrə 122.017 texniki pasport tərtib edilib, 30.545 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.