Gələcək Çexiya hökuməti enerji təhlükəsizliyi və iqtisadi sabitliyə üstünlük verəcək. Bunu Avropa Parlamentinin (AP) “Vətənpərvərlər” fraksiyasından olan keçmiş deputatı, KİV-in məlumatına görə, Çexiyanın xarici işlər naziri postuna namizəd Filip Turek Avropanın “Politico” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hökumət “suverenliyə daha güclü diqqət yetirəcək və öz maraqlarına əsaslanan yanaşma” və həmçinin “Çexiyanın enerji təhlükəsizliyinə və ya iqtisadi sabitliyinə təhlükə yarada biləcək eskalasiyanın qarşısını alacaq”. (Tass)
