Avqust 8, 2026-3:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

2026:08:06 - 16:02
in SİYASƏT
A A
Azərbaycan zərurət yaranacağı halda Ukraynaya təbii qaz tədarük etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdir ki, Ukrayna bazarındadır, ölkədə fəaliyyətini aktiv şəkildə davam etdirir və enerji əməkdaşlığının gələcək inkişafı üzrə böyük planlara malikdir.

“Hazırda Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığının əlavə qarşılıqlı faydalı istiqamətlərinə dair çox dinamik və fəal dialoq aparılır”, – nazir qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır, xüsusilə 12 Avropa ölkəsinə qaz tədarük edir ki, onlardan da 10-u Aİ üzvüdür. “Bu baxımdan zərurət yaranarsa, Ukraynaya da qaz tədarük etməyə hazırıq”, – o bildirib.

Azərbaycan XİN başçısı həmçinin qeyd edib ki, daha geniş regionun enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə olunması əməkdaşlığın perspektivli istiqamətinə çevrilə bilər.

“Biz bunu gələcək əməkdaşlığımızın çox perspektivli istiqaməti kimi nəzərdən keçiririk”, – C.Bayramov əlavə edib.

Əvvəlki Yazı

Səkkiz ölkə İsraili Qəzzada etdiyi hərəkətlərə və sülh səylərini pozduğuna görə qınadı

Növbəti Yazı

Laçın – Azərbaycanın yenidən doğulan qürur abidəsi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.