Çinin xarici işlər naziri Vanq Yi ABŞ-a Şimali Koreyaya qarşı siyasətini dəyişdirməyi məsləhət görüb. O, bu tövsiyəni Cənubi Koreyalı həmkarı Ço Hyunla Seulda danışıqlardan sonra verib.
Jurnalistlər Çin nazirindən Pekinin ABŞ və Şimali Koreya arasında sammitdə vasitəçilik edə biləcəyini soruşublar. “Bu məsələ KXDR və ABŞ tərəfindən həll edilməlidir. Xüsusilə, ABŞ Şimali Koreyaya qarşı uzun müddətdir davam edən düşmənçilik siyasətini dəyişdirməlidir”, – deyə Yonhap xəbər agentliyinin sitat gətirdiyi Vanq Yi bildirib.
Çin xarici işlər naziri 2021-ci ildən bəri ilk ikitərəfli səfəri ilə Seula gəlib. Koreya Respublikası və Çin xarici işlər nazirləri sonuncu dəfə 2025-ci ilin sentyabr ayında Pekində görüşmüşdülər. (Tass)
