Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanq bildirib ki, Çin İrana hava hücumundan müdafiə sistemləri və ya pilotsuz uçuş aparatları təchiz etmir.
“Biz bu cür suallara dəfələrlə cavab vermişik və yalan məlumatların yayılmasına qarşıyıq”, – deyə rəsmi nümayəndə brifinqdə jurnalistin İran və ABŞ arasındakı silahlı münaqişə fonunda Çinin guya “Tehrana hava hücumundan müdafiə sistemləri və dronlar verdiyini və onları İraqa tədarük etməyə hazırlaşdığını” təsdiqləməsi ilə bağlı sualına cavab olaraq vurğulayıb.
Rəsmi nümayəndənin aydınlaşdırdığı kimi, Çin İraqla dost hərbi münasibətlər saxlayır. Çjan Syaonqanq qeyd edib ki, Çin hərbi ixracata nəzarət edir, “dost ölkələrlə əməkdaşlığı təşviq edir və regional və qlobal sülh və sabitliyin təmin edilməsində konstruktiv rol oynayır”. (Tass)
