Çin İrana qarşı birtərəfli sanksiyaların dərhal ləğvini dəstəkləyir və Tehranla Vaşinqtonun danışıqları davam etdirməsini gözləyir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib.
Diplomat bildirib ki, “Çin İrana qarşı birtərəfli sanksiyaların mümkün qədər tez bir zamanda ləğv edilməsinin tərəfdarıdır”. O, əlavə edib ki, Pekin ABŞ, İran və digər tərəflərin artıq imzalanmış anlaşma memorandumunu birgə həyata keçirəcəyinə və danışıqları davam etdirəcəyinə ümid edir.
Guo Jiakun vurğulayıb ki, bu, İran məsələsinin tez və hərtərəfli həllinə töhfə verməlidir.
