Rusiya və Çin beynəlxalq sabitliyi gücləndirmək üçün birlikdə çalışırlar. Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun elmi işçisi Çjan Honq qlobal geosiyasi vəziyyətlə bağlı belə şərh verib.
Çjan Honq aydınlıq gətirib ki, Çin-Rusiya əməkdaşlığı “birtərəflilik və güc siyasətinin yaratdığı qlobal qeyri-sabitliyin nəticələrini azaltmağa kömək edir”. Onun fikrincə, Rusiya ABŞ və Avropa Birliyi ilə münasibətlərin normallaşdırılmasından imtina etmədən, eyni zamanda balanslaşdırılmış xarici siyasət yürüdərkən “Şərqə doğru yönəlmək” üçün addımlar atır.
O hesab edir ki, Moskva Pekin və Vaşinqton arasındakı qarşılıqlı əlaqədən Rusiyanın ABŞ-la münasibətlərinə müsbət təsir göstərə biləcək bir amil kimi istifadə etməyə çalışır ki, bu da sanksiya təzyiqinin yumşaldılmasına və diplomatik kanalların bərpasına gətirib çıxara bilər.
