Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, ABŞ Prezidenti Donald Trampın Çinin ABŞ seçkilərinə müdaxilə etməsi iddiası tamamilə uydurma və böhtandır.
O, brifinqdə ABŞ liderinin müvafiq açıqlamasını şərh edərkən bildirib ki, “Amerika tərəfinin bu cür açıqlamaları tamamilə uydurma və qərəzli böhtandır. Çin tərəfi həmişə [digər dövlətlərin] daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb, buna maraq göstərməyib və heç vaxt ABŞ-dakı seçkilərə müdaxilə etməyib”. (Tass)
