Avqust 4, 2026-4:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Cinlitəpədə Neolit dövrünə aid arxeoloji tapıntılar aşkar edilib

2026:07:30 - 10:55
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun “Ağstafa” arxeoloji ekspedisiyası iyun–iyul aylarında Ağstafa rayonunda Neolit dövrünə aid Cinlitəpə yaşayış yerində arxeoloji qazıntılar həyata keçirib. Ekspedisiyaya professor Nəcəf Müseyibli rəhbərlik edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar Ağstafa rayonunun Yuxarı Göycəli kəndindən 2 kilometr şimalda, Eynallı kəndindən isə 800 metr qərbdə yerləşən qədim yaşayış məskənində aparılıb. Qazıntıların məqsədi bölgənin Neolit dövrü tarixi və Şomutəpə mədəniyyətinə dair yeni elmi faktların üzə çıxarılması olub.

Cinlitəpədə aparılan arxeoloji qazıntılar zamanı Neolit dövrünə aid zəngin maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Alimlər bildirirlər ki, tapıntıların hamısı bölgənin Şomutəpə mədəniyyəti üçün xarakterik xüsusiyyət daşıyır.

Arxeoloji qazıntılar nəticəsində dairəvi planlı yaşayış evləri, təsərrüfat tikililəri və 20-dən çox tikili qalığı aşkar edilib. Tədqiqatçılar, həmçinin Şomutəpə mədəniyyəti üçün qeyri-adi sayılan kvadrat formalı kərpiclə tikilmiş divar qalığını müəyyən ediblər. Ərazidən obsidian və çaxmaqdaşından hazırlanmış çoxsaylı kəsici alətlər, yığma oraq dişləri, istehsal tullantıları, eləcə də çay daşından hazırlanmış dən daşları, baltalar, həvənglər və digər əmək alətləri tapılıb. Sümükdən hazırlanmış bizlər, cilalayıcı alətlər və toxalar isə bölgədə əkinçilik və sənətkarlığın inkişaf etdiyini göstərir.

Qazıntılar zamanı müxtəlif formalı saxsı qab fraqmentləri də aşkar olunub. Qabların alt hissəsində toxunmuş həsir izlərinin olması Neolit dövründə həm dulusçuluğun, həm də toxuculuğun mövcudluğunu təsdiqləyən mühüm fakt kimi qiymətləndirilir. Diqqətçəkən tapıntılar sırasında gildən hazırlanmış iki qadın fiquru da yer alır. Tədqiqatçılar bu fiqurların Neolit dövrünə aid qadına sitayiş inamı ilə bağlı olduğunu bildirirlər.

Arxeoloqların fikrincə, Cinlitəpədə aparılan qazıntılar Azərbaycanın Neolit dövrü tarixi, Şomutəpə mədəniyyətinin inkişafı, qədim insanların yaşayış tərzi, təsərrüfatı, sənətkarlığı və dini inanclarının öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

Gürcüstandan ruslar da daxil olmaqla təxminən 100 əcnəbi deportasiya edilib

Növbəti Yazı

AP: Vasitəçilər son hücumlardan sonra ABŞ və İran arasında atəşkəs əldə etməyə çalışırlar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.