Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında son bir neçə gündür hazırlıq mərhələsində olan görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə CNN Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, planlaşdırılan görüş hələlik təxirə salınıb. Bununla belə, kanal qeyd edir ki, görüşün niyə bu həftə baş tutmayacağı hələ aydın deyil.
Bazar ertəsi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, iki ölkənin xarici işlər nazirləri arasında görüşün yeri və vaxtı barədə razılıq yoxdur; hər şey nəzərdən keçirilir.
