Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin təzyiqi altında cənubi Zaporojye bölgəsində geri çəkilməyə məcbur edilir. Bu barədə CNN cümə axşamı bir mənbəyə istinadən məlumat yayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin ukraynalı zabitlərindən birinin sözlərinə görə, bölgədə vəziyyət gərgindir.
CNN-in məlumatına görə, Rusiya qüvvələri Zaporojye bölgəsinin cənubundakı bir neçə rayonda açıq ərazidə irəliləyib. Ukrayna qoşunlarının sayının Rusiya qüvvələrindən az olduğu bildirilir.
